Doğum günüməDoğum günümə Bu doğum günümdə anıb gəldiniz, Deməyin, sevincdən coşdum, a dostlar! Bihudə dünyada bütün segimi, Bir yolluq Allaha qoşdum, a dostlar! Haqqın dərgahında törədib qəza, Çəkməyə gəlmişəm dünyada cəza. Çevirib dərdimi bir tavar saza, Varlıqdan yoxluğa düşdüm, a dostlar! Gerçək ərənlərdən şövqlə dən vurun, Sevgiylə əyilin, sayğıyla durun. Çölümdə nə var ki, içimi görün, Mən eşqin odunda bişdim, a dostlar! Qoy, təlaş etməsin karıxan ürək, Mənsiz haray çəkib darıxan ürək. Ümidlə döyünür qəm sıxan ürək, Həsrətdən qaynadım, daşdım, a dostlar! Məni qınamasın mənsiz qalanlar, Müqəddəs varlıqdır mənim olanlar. Ərşə bülənd olub ifrat yalanlar, Əzəldən gözlərdə yaşdım, a dostlar! Saxtalıq gəzişir bəzəkli sözdə, Tanrını görmədim hər gülən üzdə. Talelər yazılıb Lövhi-məhfuzda, Kim deyir, - həyatda çaşdım, - a dostlar! Elbəyi verəmməz doğru bir qərar, Çünki olammadı məhrəmi-əsrar. Məni eşq yolunda gözləməzmi dar, Mənsur tək zirvələr aşdım, a dostlar! 15.01.2012 Elbəyi Cəlaloğlu |