Nəyini görmüşəm?
Nəyini görmüşəm?
Günəş batar, zülmət şərin qarışar, Uzaqlarda ulduzların sayrışar, Zühur edər, “Zülfüqar”ın sıyrılar, Gümüşü qınından, a Gözəldağım. Gözümü açandan səni görmüşəm, Başında dumanı, çəni görmüşəm, Zəmində sünbülü, dəni görmüşəm, Nəyini görmüşəm, a Gözəldağım? “Qaraçı”nı, “Qazağı”nı görmüşəm, Sırsıranı, sazağını görmüşəm, Gözəllərlə mazağını görmüşəm, Nəyini görmüşəm, a Gözəldağım? Günəş boylananda səhər obaşdan, Obaya, oymağa bax Xınadaşdan, Güllərin gözləri dolanda yaşnan, Yazını görmüşəm, a Gözəldağım. Bəyzadələr, bəy boynunu əyənmiş, Bəstəboylu bənövşəni bəyənmiş, Hüseyn, sözün nərgizinə dəyənmiş, Nəyini görmüşəm, a Gözəldağım? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Faxralı 03.08.2011-ci il |