Anam tüştü yadımaANAM TÜŞTÜ YADIMA! Yenə gün aşanda, ağrı dalına.. Anamın məzarı tüştü yadıma.. Bülbül qənət çalar, dalda gülünə.. Bu axşamda anam tüştü yadıma.. Yağış da ağlayır naçar halıma Hazan vurdu şaxda dəydi gülüme.. Bir çarə tapılmaz, qafil ölümə.. Durdux yerdə anam tüştü yadıma.. Eyvanın dumanı, isti lavaşı indi danıştırmır qardaş qardaşı Adını yazanda o soğuk daşı Oxşadıxça anam tüştü yadıma Üzümü dönmüşəm Arazda gözüm.. Boğazımda düyüm olupdu sözüm Dindirmə bu axşam itirdim özüm.. Yuxumda gül anam tüştü yadıma.. Görmədim gedəndə, öpmədim elin Bilirəm həsrətdən büküldü belin Bilmədim son dəmin, nəcəydi halın.. Düşündükcə anam tüştü yadıma Sandıqdan çıxardım öptüm rəsmini Duvara can deyə yazdım ismini Qədəndə ağlattın dostu, hasmını.. Mələyim, can anam tüştü yadıma 16/8/23... Hüseyin ışık |
kaleminize duyarlılığınıza sağlık
kutlarım...