Qəzəl - Bilməz
Heç kəs ürəyimdən qəmi təfsir edə bilməz.
Sığmaz bu təxəyyüllərə təqrir edə bilməz. Rus ölkəmi pay – lüş eliyib payladı torpaq, Nə şərh ola, “türkmənçayı” təqdir edə bilməz. Sülhün sənə Təbriz ilə Tehranı bağışlar, Qəlbimdəki viranımı tə’mir edə bilməz. Yefremlərə minnətli olanlar da müsəlman! Kim fəhmini etmiş mənə tə’bir edə bilməz. Əlbət nə qədər əl, ətəyindən öpənin var, Korluqları təzvirini zahir edə bilməz. Düzdür ki bu, şair gücü sözdən ötə olmaz, Mən dənlədiyim buğdanı xəlbir edə bilməz. Sən yaz ey Anar, fəhmini xalqım eləsin qoy, Torpaq qəmi vicdansıza tə’sir edə bilməz. Müəllif: Anar Əhəd |