MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

ÇƏK,QARDAŞ...
Fədakar Müəllim

ÇƏK,QARDAŞ...



Bir eli boranda,qarda çəkəcəm,
Bir eli baharda,varda çəkəcəm.
(HUÞENG CƏFƏRÝ)

ÇƏK,QARDAÞ.
O þəkli çəkdiyin əlinə qurban,
Mən türkəm dediyin dilinə qurban.
O həsrət qoxulu gülünə qurban,
Gülü də tikanda, xarda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.

Dərdimi çək,qardaþ,dərdimi yarat,
Dərdini dərdimə,nisgilimə qat.
Nə olar,bu yatmýþ milləti oyat,
Millətin yoxluðun varda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.

Qəlbimi tən bölən Arazý çək sən,
Məni bu durumdan narazý çək sən.
Səsimdə yanðýlý avazý çək sən,
Həm bəmdə,həm zildə-tarda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.

Bir aðzý tikili,aça bilməyən,
Ocaðý bir zərrə saça bilməyən,
Bu taydan o taya uça bilməyən
Bir quþu asýlmýþ,darda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.

Qurumur,bitməyir gözümün yaþý,
Basmýþam qəlbimə bir aðýr daþý.
Bilmədim,tez gəldi ömrümün qýþý,
Könlümün baharýn qarda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.

Qalmýþam min arzu,dilək içində,
Sovrulub gedirəm külək içində.
Mən nə saxlayýram ürək içində
Görməkçün qəlbimi yar da çək,qardaþ.
Gah burda,gah da ki orda çək,qardaþ.

Bir qəlbi qan verən yaralý gəl çək,
Bir aðac yarpaðý saralý gəl çək.
Fədaný yurdundan aralý gəl çək,
Günümü-gecəmi zarda çək,qardaþ,
Gah burda,gah da ki orda çək,qardaþ.



Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.