MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

GECƏ BAYATILARI (manilər)
Fədakar Müəllim

GECƏ BAYATILARI (manilər)



Bu gecə zalým gecə,
Yoxdu bil halým gecə.
Dilim lal,gözümdə yaþ,
De necə qalým gecə.
**************************
Bu gecə sənsiz gecə,
Dumansýz,çənsiz gecə.
Mən burda tək,sənsizəm,
Sən orda mənsiz gecə.
****************************
Yolumu kəsdi gecə,
Mənlə var qəsdi gecə.
Dedim:”Bir rəhmin olsun,
Bu sitəm bəsdi gecə.”
**************************
Aldandýn sözə gecə,
Gəlmədin bizə gecə.
Nə edim ki,ürəyim
Həsrətə dözə gecə.
*************************
Yar gözün süzdü gecə,
Kənarda gəzdi gecə.
Axþamdan sübhə kimi
Dərd məni üzdü gecə.
***************************
Saçýndan qara gecə,
De,gedim hara gecə?
Həsrətin ürəyimə
Vurubdu yara gecə.
*************************
Olubdu yarý gecə,
Gözlədim yarý gecə.
Könlüm,ara,yarý tap,
Yarýndan yarý gecə.
***********************
Ýlə dönüb an gecə,
Qəlbim olub qan gecə.
Mən yanýram,sən də gəl
Alýþ,tutuþ,yan gecə.
*************************
Üzür məni qəm gecə,
Kirpiyimdə nəm gecə.
Təkcə səni istərəm
Könlümə həmdəm gecə.
*****************************
Yollarým daþlý gecə,
Yar gözü yaþlý gecə.
Gəlmədim, yar üzüldü,
Mən baþýdaþlý gecə.
************************
Sil gözdən yaþý gecə,
Tök yerə daþý gecə.
Vüsalýnýn xətrinə
Verərəm baþý gecə.
************************
Gəl olaq qoþa gecə,
Qalaq baþbaþa gecə.
Qiyma ki,göz yaþýmdan
Dəryalar daþa gecə.
**************************
Eþq olub kəsir gecə,
Mən ona əsir gecə.
Ürəyimdə qəm yeli,
Aramsýz əsir gecə.
**************************
Qýrýlýb sazým gecə,
Qýþ olub yazým gecə.
Yapýþ əlimdən,qoyma
Yolumu azým gecə.
***************************
Göydə gəzir Ay gecə,
Buludlar lay-lay gecə.
Ýnsaf eylə,yarýndan
Əsirgəmə pay gecə.
************************
Bu gecə qərib gecə,
Fikrimi gərib gecə.
Dərd könlümün çiçəyin
Zor ilə dərib gecə.
*************************






Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.