MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DƏRDLİ



Aðlayaraq bu dünyaya gələndən
Hal pəriþan,gözlər nəmli,dil dərdli.
Bu dünyaný dərk eləyib biləndən
“Baþ bəlalý,ayaq yorðun,əl dərdli.”

Qara rənglə yazýlýbdý tüm yazým,
Ömrüm qýþdýr,qalmayýbdýr bir yazým.
Hər halýma ortaq olub tək sazým,
“Mizrab üzgün,pərdə pozuq,tel dərdli.”

Çox aðýrdýr sinəmdəki daðým da,
Hazýr durmuþ beþ arþýnlýq aðým da.
Xəzan olmuþ,vaxtsýz solmuþ baðým da,
“Baðban ölmüþ,bülbül aðlar,gül dərdli.”

Þər dolanýr gah saðýmda-solumda,
Ömür gedib,güc qalmayýb qolumda.
Çox bəndləri aþa bilməm yolumda,
“Zaman axþam,yolçu çaþqýn,yol dərdli.”

Kədər olub,qüssə olub,qəm payým,
“Hay-hay” gedib,qalýbdý tək “vay-vay”ým.
Əsrə dönüb ilim,günüm,hər ayým,
“Günlər acý,aylar zalým,il dərdli.”

Gəl əyləþmə sən nadanlýq taxtýna,
Diqqət eylə,Fəda,qalan vaxtýna.
Çox üzülmə,þükür eylə baxtýna,
“Bir sən deyil,daha neçə qul dərdli.”

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.