MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

QARDAŞ (qəzəl)
Fədakar Müəllim

QARDAŞ (qəzəl)



Qoyma bu cahanda gedə ömrün bada,qardaþ,
Xidmət elə bir məsləkə,bir saf ada,qardaþ.

Ol elmi-ədəb sahibi,hər hikməti öyrən,
Sərf eyləmə sən vaxtýný hər boþ zada,qardaþ.

Bir kimsə ki möhtac ola bir yardýma,əsla
Biganəlik etmə,çalýþýb yet dada,qardaþ.

Sən yardým elə hər nə qədər gəlsə əlindən,
Olsun adýna þan ilə þöhrət o da,qardaþ.

Pis yollara düþmə,pis iþin yoxdu qazancý,
Mütləq su qabý çün sýnacaqdýr suda,qardaþ.

Pislərlə təmas eyləmə,bir pis iþə getmə
Gərçi orada mənfəətin varsa da,qardaþ.

Hər kimsəyə öz sirrini gəl açma məbada,
Sanmaz özünün sirri onu hər gəda,qardaþ.

Yüksəlsən,əgər zirvəyə,gəl yollarý azma,
Hərdən də çalýþ keçmiþini sal yada,qardaþ.

Gəl sýrða elə bunlarý sən bir də qulaqda,
Tək ad qalacaq hər kiþidən dünyada,qardaþ.

Misralara nəqþ etdi Fəda fikrini,məndən
Olsun sənə bəxþiþ bir ömür qoy bu da,qardaþ.

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.