YAŞ QALMAYACAQ
Ürəyim kövrəlib,gözlərim dolub,
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Bilmirəm bu gecə mənə nə olub?!
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Yanýqlý bir türkü qəlbimi didir,
Xəyalým dolaþýb uzaða gedir.
Gördüyüm röyadýr,yoxsa ki nədir?
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Bu yükü üstümdən ata bilmirəm,
Sevinci nisgilə qata bilmirəm.
Bir qədər dincəlib yata bilmirəm,
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Həsrətin qəlbimi gör didir necə,
Kaþ görə biləydim səni gizlicə.
Qəlbimi ovuda bilməyir gecə,
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Nəfəsim tükənir,nəfəsim bitir,
Fədakar,köməyə özünü yetir.
Gözümü silməyə bir yaylýq gətir,
Deyəsən,gözümdə yaþ qalmayacaq.
Sosyal Medyada Paylaşın:
Fədakar Müəllim Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.