Bir pəri...(qəzəl)
Bir pəri könlüm evin eylədi al qan,getdi,
Bədənimdən elə bil ruhum uçub,can getdi.
Ýstədim getmə deyim,yandý dəhaným,ya Rəbb,
Qurudu dil-dodaðým,vermədi imkan getdi.
Oldu könlüm yenə viranə onun hicrindən,
Dərdimin çarəsi,həm könlümə loðman getdi.
Özüm öz dərdlərimə çarə bilirdim onu mən,
Olmadý dərdlərimə bir dəfə dərman,getdi.
Mən sýðýnmýþdým onun lütvünə bir tifl kimi,
O isə yazdý mənim qətlimə fərman,getdi.
Ona çox söylədilər,gəl bu xətadan əl çək,
Yenə də etdiyini bilmədi nöqsan,getdi.
Qoy desinlər,nə olar,sevgidə can qoydu Fəda,
Gəldi nalan cahana,sonda da nalan getdi.
Sosyal Medyada Paylaşın:
Fədakar Müəllim Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.