MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Ocaqlar gətir
ELLİ ATAYURD

Ocaqlar gətir



Ocaqlar gətir
Ey könül, sevginin od alovundan
Təþnə ürəyimə intizar gətir
Kədər buludundan,qəm dumanýndan
Könlümü yandýran nar qubar gətir

Yaðýþýn laylatək həzin səsindən
Könüllər oxþayan çay nəðməsindən
Qoca çinarlarýn göyə bəhsindən
Fərəhi,heyrəti necə var gətir

Çiçəyin þövqündən gülün ətrindən
Þehin qýzýlgüldə yeddi rəngindən
Çəməndə bülbülün nəðmələrindən
Açýlan qönçədən yaz –bahar gətir

Dənizdə dalðanýn gur savaþýndan
Qaya zirvəsindən ,daðýn baþýndan
Vətənin müqəddəs torpaq ,daþýndan
Zəfər yürüþümə bir vüqar gətir

Ceyranýn üstündə að naxýþýndan
Cüyürün o ürkək sux baxýþýndan
Durna bulaqlarýn lal axýþýndan
Qýrov ,qar ,yaðýþdan naðýllar gətir

Ürəyin ürəyə sevgi telindən
Eþqin ,məhəbbətin daþan selindən
Ananýn balaya layla dilindən
Boyuna söylənən arzular gətir

Doðmaya həsrətdən ,dosta heyrətdən
Ahýla ehtiram ,ali hörmətdən
Körpəyə sevgidən,saf məhəbbətdən
Könül ocaðýndan alovlar gətir.

Sevda həsrətinin səhralarýndan
Vüsal irmaðýnýn buz sularýndan
Mərhəmət dəryasnýn dalðalarýndan
Dünyaný sarsýdan haraylar gətir

Aləmi yandýran saz naləsindən
Mütləqə yüksələn Muðam səsindən
Sufi ,hürufinin Ýnsan dərsindən
Haqdan ,Həqiqətdən soraqlar gətir

Zərdüþtün var edən Xeyir odundan
Aðsaqqal iþýðý Dədəm Qorquddan
Adamda Ýnsanlýq var olduðundan
Adama Ýnsandan bir xəbər gətir

Insanlýq məktəbi Azərbaycandan
Türkün Ýnamýnýn Ruh ocaðýndan
Turan nicatýnýn tək soraðýndan
Ellini yandýran ocaqlar gətir

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.