Ömür gözdəmir
Ömür gözdəmir
Dinlə deyim həqiqəti, Özdemir*,
Əzəcək də çəkic, zindan, döz dəmir,
Körükdə köz, kösöv, kömür gözdəmir.
Döyüldükcə döyüləcək, söz dəmir,
Zaman gedir, axý ömür gözdəmir.
Yaþ ötdükcə ürək qüssə, qəm əmir,
Dəli könül qəhərlənir, qəmlənir,
Göz yol çəkir, göz göynəyir, nəmlənir,
Qulaqlarda küy, uðultu, səs - səmir,
Zaman gedir, axý ömür gözdəmir.
Əldə əsa, diz büdrəyir, əl əsir,
Yavaþ-yavaþ gözdə iþýq, nur sönür,
Qaþ səyriyir, dil titrəyir, nitq əsir,
Dövranýn növraðý tərsinə dönür,
Zaman gedir, axý ömür gözdəmir.
Gün günə culanar, ay da ki, aya,
Baxta-baxt, yaþaya, kim çýxa yaya,
Müvəqqəti müsafiriq dünyaya,
Ýnsan nə daþ, nə dəmirdi, nə qaya,
Zaman gedir, axý ömür gözdəmir.
Eþq ucundan neçə canlar zay oldu,
Sevib – sevilməyin sonu vay oldu,
Leyli–Məcnun, Əsli–Kərəm bay oldu?
Hüseyn de ki, torpaqlara pay oldu.
Zaman gedir, axý ömür gözdəmir.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
* - Özdemir – Türk þairi Hamdi Özdemir nəzərdə tutulur.
18.03.2013-cü il
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.