Baxa bilmirəm
Baxa bilmirəm
Gözəlim, gözünə baxa bilmirəm,
Axan yaþ sənindi, yanansa mənəm.
Eþq olub qəlbinə axa bilmirəm,
Yaxþý sən olanda, yamansa mənəm.
Bürüyüb hər yaný çiskin, çən, sənəm,
Sən küssən də, sanma səndən küsənəm,
Özgəsin yox, öz canýmý üzənəm,
Durna sən olanda, dumansa mənəm.
Yeriþ, duruþ, baxýþ həmən, baþ həmən,
Kiprik həmən, göz həməndi, qaþ həmən,
Gülüþ həmən, göz-qaþ həmən, kaþ həmən,
Þübhə sən olanda, gümansa mənəm.
Zalým fələk ömür biçsə, bir il də,
Ölümümə məkan qala bir mil də,
Yüz il keçsə, a dilbərim, bu dildə
Urvat sən olanda, umansa mənəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.01.2013-cü il
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.