MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Şair, düzəlməz dünyadı
huseyn

Şair, düzəlməz dünyadı


Þair, düzəlməz dünyadý
(Dünya düzəlmir ki, düzəlmir, baba! Þair Məmməd Araz)

Kərki kərən, kərdi döyür,
Namərd, nadan mərdi döyür,
Faðýr, fəhlə, fərdi döyür,
Döþünə döyən dünyadý!

Alçaq Allah haqqý deyir,
Haram halal haqqý yeyir,
Günahsýzdan güdür xeyir,
Güdükçü, güdən dünyadý!

Dedin, iti bazarýnda
Ay babam, atýndan baha.
Xeyir verməz xeyirxaha,
Xeyrini bilən dünyadý!

Kasýb üçün daxma, kaha,
Yemiþaný, yer – yemiþi,
Yer yeddiqatýndan baha.
Ataman, atan dünyadý!

Aman verməz, baxmaz aha,
Zatən zay, zatýndan daha,
Gəda tay olarmý þaha?
Þərdi, þarlatan dünyadý!

Bu dünya donqar dünyadý,
Talaþa, yonqar dünyadý,
Þorgözdü, þonqar dünyadý,
Þair, düzəlməz dünyadý!

Yaltaðý yallanar yal qazanýndan,
Nəhənglər nərədən, saz sazanýndan,
Gendə gəz quyunu dar qazanýndan,
Ay Məmməd, düz yolun azan dünyadý!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
30.10.2012-ci il

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.