Ay qanadý qýrýq quþlar, Ay ürəyi sýnýq quþlar, Nə bayatý, nə qoþmadý, Qəlb ki, qabarýb, coþmadý.
Hazýrlanmýþ, nizamlanmýþ, Dedim elə gedəm dəyəm, Dəymək asan belə bəyəm? Səfərdəyəm, yol üstəyəm.
Nə altýyam, nə üstüyəm, Odam, ocaðam, tüstüyəm, Elə bil ki, qor üstüyəm, Torpaq deyil, tor üstüyəm.
Dedim bəlkə güzarýmý Borçalýdan Qarsa salam. Doðmalardan doðmalara, Dost diyara sayðý, salam.
Qarsa qaným qaynayýr, Damar-damar oynayýr. Qardaþ, qaný qanýmdan, Canbir, caný canýmdan. Xeyirim, þərim, yasým, Öz Borçalým, öz Qarsým Hər ikisi qarapapaq. Bir kökdən neçə budaq, Budaqlardan ayrýlan Þaxə, þöydü, qol – budaq. Budaqlarda say görüm Neçə yaralý yarpaq? Yarpaqlarý yetirən, Bir kök üstə bitirən, Ýllər boyu itirən Yenə torpaqdý, torpaq.
Qarsa qaným qaynayýr, Çünki dili dilimdən. Bəmi bəmimdən betər, Dəmi dəmimdən betər, Qəmi qəmimdən betər, Zili zirvəyə yetər. Aramýzda neçə mil Məsafə var, zaman var. Ayrýlýðýn odunda Allah, ah var, aman var. Dünya þuluq dünyadý, Aramýzda çuðullar, Yaðý, yaltaq, yaman var. Durnalarý azdýran, Öz yolundan yazdýran Çən, çiskin var, duman var. Qoy daðýlsýn dumanlar, Þək - þübhələr, gümanlar. Yaxþý açsýn gözlərin Birliyə göz yumanlar. Ulu tanrým, o tayda, Kənddə, köydə, bu tayda Birdi Günəþ də, Ay da. Türk dünyama birliyi Təmənnasýz uman var.
Qarsa qaným qaynayýr, Gündüzü öz gündüzüm, Gecəsi zülmət, qaram, Yarasý göz-göz yaram. Yalan desəm anamýn Südü olsun qoy haram. Dünya, aləm, cahan var, Nə qədər canda can var, Yarəb, yanýnda varam!
Ayrý düþdük ay Turan, Tayfalar talan – talan. Daðlarýn bu üzündən O üzünə keçən var. Sýzýldayýb, aðlayýb, Qəlbinə daþ baðlayýb, Sərhədləri adlayýb, Köydən köyə köçən var. Aþýðýný dinlərəm, Ýçin – için inlərəm. Obalarý, oymaðý, Ovçularla oylaðý Þenlik gəldi, gəzmədi? Üzülmədi, üzmədi? Bədahətən söz qoþub, Qaný qaynayýb, coþub, Nəbimlə deyiþmədi? Saralýram ay sazým, Nə olar çəksən nazým? Milyonlaram, minlərəm, Sitəmim bol, simlərəm. Türk oðluyam mən özüm, Mənə təsəlli verən Bir sazýmdý, bir sözüm. Iki göynəyən gözüm, Bir Borçalým, bir Qarsým. Üz çevirib, yan baxsam Tutulsun matəm, yasým! ~~~~~~~~~~~~~~~~~~~~ Baký, 17.07.2012 - ci il
Sosyal Medyada Paylaşın:
huseyn Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.