MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Ümman səsim
huseyn

Ümman səsim


Ümman səsim

Qibləm, qiraət eylərəm,
Zikri ziyarət eylərəm,
Sirnə sirayət eylərəm,
Tilsimlənib, tilsim dünya.

Nə nəsimdi, nə sim dünya,
Kəsilibdi kəsim dünya.
Çəri, çoru çox çəkmiþəm,
Bəsdir, yetər, bəsim dünya.

Nə qaydadý, bu nə qanun,
Haný Leyli, haný Məcnun,
Aþýq Qərib, Valeh, Cünun,
Diləfiruz, Məsim dünya?

Mən bir nasaz, sýzlayan sim,
Var hövsələm, var həvəsim,
Hüdud bilməz hicran səsim,
Nəfisdi nəfəsim, dünya.

Tələsməsən tələsmərəm,
Təbim gəlsə bəd əsmərəm,
Boynu bükük bir əsmərəm,
Ərþə ümman səsim, dünya.
~~~~~~~~~~~~~~~~~~~~~
02.07.2012

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.