MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Ozan babam
huseyn

Ozan babam


Ozan babam

Külü çökdü, köz yüksəldi,
Dünya boyda düz yüksəldi,
Söz mülkündə yüz yüksəldi,
Qolça qopuz Qorqud babam!

Danýþan dil, çalan əldi,
Alý, Abdaldý, Veysəldi,
Lələlərin yükü ləldi,
Əmrə, Ələsgərdi babam!

Þöhrətdə Þenlik, Þəmþirdi,
Söz oynadan pələng, þirdi,
Müqəddəslər ocað, pirdi,
Pir olmuþ Əmrahdý babam!

Bülbüllərin bəstəsiyəm,
Dəstgahýyam, dəstəsiyəm,
Xəstə Qasým xəstəsiyəm,
Gör necə gümrahdý babam!

Koroðlunun Cünunuyam,
Dəlilərin Məcnunuyam,
Cümalardan sonuncuyam,
Cümadý, Cünundu babam!

Gözəllərlə iltifatda,
Canlar ilə iltimasda,
Þeir, sənət intibahda,
Vidadi, Vaqifdi babam!

Oxumuþam, dinləmiþəm,
Ýçin – için inləmiþəm,
Kimliyimi kimləmiþəm,
Əþi, Ələkbərdi babam!

Kökum bəlli, zatým bəlli,
Of desəm ovqatým bəlli,
Ötüb, keçən yaþým əlli,
Səngərliyəm, ozan babam!
~~~~~~~~~~~~~~~~~~~~~~
17.03.2012

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.