A Gözəldağı
A Gözəldaðý
Görsənə, əriyib gözümün yaðý,
Gedibdi qarasý, qalýbdý aðý,
Həsrətin sinəmə çəkilən daðý
Gözəlcə göynədir, a Gözəldaðý.
Əl çatmýr ənginə, lələdi Ləlvər,
Uludan uludu, o, uca Ləlvər,
Nə olar quruca bir quca Ləlvər,
Keçəndə cənginə, a Gözəldaðý.
Ömür ötüb, nə son, orta, nə yarý,
Yaxýndý bir addým məzara sarý,
Gözümdə heç-puçdu dünyanýn varý,
Vallah varidatý, a Gözəldaðý.
Çar-naçara çəmən, çənsiz nə çarə?
Binələrsiz bikef gəzər biçarə.
Mən bimara qýlsan sən də bir çarə,
Dünya daðýlmaz ki, a Gözəldaðý.
Səfalý, þəfalý, sərin havalý,
Saðalmaz dərdlərə dərman-davalý,
Səngərli boylanar Səngərə sarý,
Sarsýlar daðlarsýz, a Gözəldaðý.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
12.12.2011-ci il
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.