Sürünənin, həm süzənin, Tikən, quran, iş düzənin, Nəfəs alan cəm varlığın, Bu cahanda hər canlının Öz yemi, öz qidası var.
Kimə ağrı, kimə ağı, Çəkdirər çəkilməz dağı. Başı quru, yaş ayağı, Soldurar sağlam sayağı. Yaşamağın yasağı var.
Özbaşına kimdi gələn? Özbaşına kimdi gedən? Gəlişin xoş səs – sədası, Əbədilik gedişin də Göz göynədən vidası var.
Hər cümlənin baş – ayağı, Ya baş olar, ya bayağı. Sözlərin söykək, dayağı Vergül, nöqtə, qoşa nöqtə, Ay Səngərli, nidası var. ~~~~~~~~~~~~~~~~~~~~ 07.11.2011-ci il
Sosyal Medyada Paylaşın:
huseyn Åiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.