MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Qərib qəbirlər
huseyn

Qərib qəbirlər


Qərib qəbirlər
(Þamaxýda yol üstündəký tək
türk əsgərinin məzarýna xitabən)

Təklənmisən a tək qəbir,
Tanrým vermiþ sənə səbir.
Dindirirəm, dillənmirsən,
Ay insafsýz, desən hə bir.

Qərib qəbir yol üstündə,
Can verdinmi qol üstündə?
Aðlandýmý bol üstündə?
Anlatsana azan qəbir.

Hər dərdin öz təbibi var,
Hər ölümün səbəbi var,
Qərib qəbrin səbiri var,
Təklənmisən nədən, de bir.

Sənin kimi tək qəbirlər
Səpələnmiþ qərbdən þərqə.
Düþünsən məzar düþərgə,
Düzülmüsən cərgə - cərgə.

Tək qəbirlər qəribliyin
Əlaməti, simvoludur.
Zaman-zaman uzaqlaþan
Qohumluðun bir qoludur.

Yol üstündə a tək qəbir,
Diyar məzarla doludur,
Bu yol qəriblər yoludur.
Təsəllisən, təmkinlisən.

Sað qəriblər səpələnmiþ
Yer üzünə milyon-milyon.
Saðlýðýnda sən heykəl yon
Qəriblərə, a tək qəbir.

Budurmu alýn yazýsý,-
Daþlara həkk olan yazý?
Niyə susmuþ, niyə ötmür
Qəhər dolu bir qəm sazý?

Çünki mən özüm qəribəm,
Nə aðayam, nə də bəyəm,
Bəyəm belə qəribəyəm?
Qəyyumum ol Qərib sazý.

Daðým qərib, baðým qərib,
Qarabaða gavýr girib,
Paþalarým, zaman gəlib,
Gəbərsin gavýr, tək qəbir!

Borçalým qəribdi, Göyçəm qəribdi,
Dərbəndim qəribdi, Təbrizim qərib,
Sýzlayan sinirlər sinəmi gərib,
Gərəyim söyləyir, görsən tək qəbir.

Qəriblik, qəmginlik bizəmi qalýb?
Dað dərdi çəkmək də düzəmi qalýb?
Əllini aþýrdýq, yüzəmi qalýb?
Qaraltma qanýný, qayðýlý qəbir.

Hüseyn, bəyəm mən bəbəyəm,
Dünyaný görmürəm bəyəm.
Çünki qərəzli qəribəm,
Ona görə tək qəbirəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.