MENÃœLER
Anasayfa
Åžiirler
Yazılar
Forum
Nedir?
Kitap
Bi Cümle
Ä°letiÅŸim
Edebiyat Defteri
Gədəlikdən dədəliyə
huseyn
Gədəlikdən dədəliyə
Gədəlikdən dədəliyə
Eh, nə var ki bəbəliyə,
Güc doðana, məməliyə.
Ýnsan ayað açýr niyə
Ýməkləyə - iməkləyə?
Gədəlikdən dədəliyə
Gedən yollar nahamardý.
Sənətkarlar ucalaraq,
Zirvəsinə bayraq taxdý.
Bilirsənmi, ədə niyə
Qollarýnda qopuz gəldi,
Sözü yumruq, topuz gəldi,
Ozan Qorqud dədəliyə?
Gədəlikdən dədəliyə
Dərə, təpə, yol keçməli.
Hər hərcayý keçə bilməz,
Haqqý nahaqdan seçməli.
Gədəlikdən dədəliyə
Ədəb yolu, dərs keçməli.
Dəli – dülü keçə bilməz,
Yaxþýný pisdən seçməli.
Yunis Əmrə, Qorqud Dədə,
Ələsgər, Əmrahdý Dədə,
Þenlik, Þəmþir þərafətlə
Yüksəldilər dədəliyə.
Ədəb, əxlaq, mərifətdən,
Həqiqətdən, təriqətdən,
Təfəkkürdən, təxəyyüldən,
Tər sinədən tər dedilər.
Söz də baðlý bir boðçadý,
Bu boðçaný aç dedilər.
Gül – bülbüllü bir baðçadý,
Bu baðçadan dər dedilər.
Qələmin də ay Səngərli,
Qətiyyətli, ədalətli,
Lələdən də ləyaqətli
Dəyər verdin dədəliyə.
~~~~~~~~~~~~~~~~~~~~
23.08.2011-ci il
Sosyal Medyada Paylaşın:
huseyn Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
En Çok Okunan Şiirleri
Ay Xocalı
Son söz
Sevgi dünyası
ÖVLAD SEVGİSİ
Aşıq Mürsəl Sinan, - biyar
Bu dünya bir pəncərədi
Ağla bu halıma, ağla “«Kərəmi»”!
Hardasan cavanlığım?
Türk oğluyam, Türkəm oğul !
Ay Vətən oğlu