MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Yaz ay qələm
huseyn

Yaz ay qələm



Yaz ay qələm

Hər zamanýn, hər anýn,
Öz hökmü, öz diqtəsi,
Hələ tezdi nöqtəsi,
Yaz ay qələm, durmadan.

De gəlsin nahaq, haqdan,
Yaradandan, qurandan,
Quruluþdan, Qurandan,
Yaz ay qələm, durmadan.

Qorxusu yox Qurandan,
Üzgün, üzə durandan,
Düzgün, süzüb vurandan,
Yaz ay qələm, durmadan.

Yaz alçaqdan, ahýldan,
Pakdan, paxýr, paxýldan,
Zər, zəmidən, taxýldan,
Yaz ay qələm, durmadan.

Durðun, vurðun, vurmadan,
Badalaqdan, qurmadan,
Qurddan, quþdan, durnadan,
Yaz ay qələm, durmadan.

Neçə-neçə evsizdən,
Könülsüzdən, kefsizdən,
Təlimdən, təhsilsizdən,
Yaz ay qələm, durmadan.

Tənbəllərdən, kahaldan,
Kapitaldan, kalandan,
Rüþvət verən, alandan,
Yaz ay qələm, durmadan.

Halvaçýdan, halsýzdan,
Yavanlýqlý, yalsýzdan,
Abýrsýzdan, arsýzdan,
Yaz ay qələm, durmadan.

Seldən, sudan, daþqýndan,
Milyon köçkün, qaçqýndan,
Mat qalan mal, mahaldan,
Yaz ay qələm, durmadan.

Ýnciklik iðtiþaþdan,
Ýþðalçýdan, iþðaldan,
Qadadan, qalmaðaldan,
Yaz ay qələm, durmadan.

Ýmandan yaz, dindən yaz,
Þeytandan yaz, cindən yaz,
Misgərdən, miskindən yaz,
Yaz ay qələm, durmadan.

Ýcrasýz qətnamələr,
Naðýl - maðýl namələr,
Kim məlundu, kim mələr,
Yaz ay qələm, durmadan.

Palançýdan, qýrçýdan,
Diþlərini qýrcýdan,
Qan axýdan “nurçu”dan,
Yaz ay qələm, durmadan.

Sən nəzər sal Xəzərə,
Nargin adlý məzara,
Baxtlar bada, bazara,
Yaz ay qələm, durmadan.

Nəþə axýr sel kimi,
Xəfif əsən yel kimi,
Qýrýlýrýq tel kimi,
Yaz ay qələm, durmadan.

Yazmaða mövzunmu yox?
Deməyə sözünmü yox?
Yoxsa ki, lüzummu yox?
Yaz ay qələm, durmadan.

Sevgidən, səadətdən,
Məcnundan, məhəbbətdən,
Ayrýlýqdan, möhnətdən,
Yaz ay qələm durmadan.

Baþý baðlý, þallýdan,
Yanaqlarý xallýdan,
Dodaqlarý ballýdan,
Yaz ay qələm, durmadan.

Xatirələr xal kimi,
Acý, þirin, bal kimi,
Alnýmýzda nal kimi,
Yaz ay qələm, durmadan.

Ürəyindən keçənlər
Ömürdən, gündən keçər,
Yazanlar candan keçər,
Yaz ay qələm, durmadan.

Sən qəddənmiþ, mən qəmli,
Sən qədəhsən, mən nəmli,
Sən dəlisən, mən dəmli,
Yaz ay qələm, durmadan.

Ay Səngərli,
Qələm tutan barmaðýn
Mürəkkəbə bulaþmaz,
Durmaq bizə yaraþmaz,
Yaz ay qələm, durmadan.
~~~~~~~~~~~~~~~~~~~~
31.07.2011-ci il

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.