MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Gözünün Yaşını Silen Az Oldu
Seyraqif Coculu

Gözünün Yaşını Silen Az Oldu


Hər zaman boþaldý, doldu bu dünya,
Dərdini anlayýb bilən az oldu.
Adəmdən bu günə qanlý yaþ tökdü,
Gözünün yaþýný silən az oldu.

Bilmədik nə üçün aðladý dünya,
Nə qədər qapýlar baðladý dünya,
Ürəklər, sinələr daðladý dünya,
Hoyuna-dadýna gələn az oldu.

Çox sirlər çözülüb aþikar oldu,
Çoxu açýlmadý qapalý qaldý,
Dünya təlimlərlə, din ilə doldu,
Əqidə yolunda ölən az oldu.

Biri xaç götürdü dua eylədi,
Biri də Allaha kərim söylədi,
Biri də Buddadan imdad dilədi,
Dünyanýn qeydinə qalan az oldu.

Haqqýn dərgahýna çatmadý dünya,
Ədalət yoluyla getmədi dünya,
Rahatca uyuyub yatmadý dünya,
Aðlayan hesabsýz, gülən az oldu.

Tikildi, quruldu, gah talan oldu,
Cənnəti, behiþti að yalan oldu,
Bu düna boþaldý, hey dolan oldu,
Dünyadan dərsini alan az oldu.

Bəzən að, ya qara göründü dünya,
Diz üstə qoydular, süründü dünya,
Cəbhədən-cəbhəyə bölündü dünya,
Þair düþünmə ki, talan az oldu.

Coculu dünyaný qanýr da gedir,
Yaxþýný, yamaný tanýr da gedir,
Tutulub atəþə, yanýr da gedir,
Həmdəmi, həmkarý olan az oldu.

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.