MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

HAKKA DİVAN KURULMAYIB
Seyraqif Coculu

HAKKA DİVAN KURULMAYIB


Tanrýmýzýn dərgahýnda sorðu-sual sorulmayýb,
Dünya dönüb haqq yolundan, haqqa divan kurulmayýb.

Sorsan əgər bu dünyanýn gərdiþini, dövranýný,
Nuhdan bəri bulanýbdýr, bu günədək durulmayýb.

Ýnsan oðlu cəfa çəkib zamanlarýn kəsiyində,
Yorub-yortub insanlarý, dünya özü yorulmayýb

Biz bilirik bu dünyanýn aðý nədir, qarasý nə,
Að çýzýðý kýrýk-kýrýk, qarasýsa kýrýlmayýb

Bil agah ol ay Coculu bu dünyanýn cədvəlinə,
Ədaləti təsdiq edən möhür hələ vurulmayýb.


DÖVRAN BÝLÝR ANCAQ

Hər zamanýn dərdini, tarixə varan bilir ancaq.
Gərdiþi-dövraný da, dövr edən dövran bilir ancaq.

Kəhkaþanýn qanunu var, öz yolunda hey dolaþýr,
Kainatýn sirlərini, yaradýb-quran bilir ancaq.

Insanlarýn yaranmasý, özü də bir möcüzədir,
Adəmin xəmirini, qatýb-yoðuran bilir ancaq.

Bu dünyaya bir insaný gətirməyin aðrýsýný
Öz canýndan həyat verən, tək doðuran bilir ancaq.

Köləliyi ölüm bilən, kölə azadlýq istəsə,
Azadlýðýn dadýný, zənciri qýran bilir ancaq.

Nəsimi öz elmi ilə sirri-ənəlhəqq söylədi,
Həqiqətə çatmaðý, zülməti yaran bilir ancaq.

Ay Coculu, bəyan et ki, bu dünyanýn iþlərini,
Ýdrakýyla qavrayýb, sözündə duran bilir ancaq.







Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.