əzizim
Mən kimə söyləyim ürək sözümü?
Mən itəndə sən tapardýn ,əzizim!
Yollarýmý qarýþdýrdým,izimi
Cýðýrýmý sən apardýn,əzizim!
Buludun göz yaþýn Günəþ silərdi,
Bir sözümdən dərdlərimi bilərdin
Gözlərinlə,baxýþýnla gülərdin,
Sevincimə sevinərdin, əzizim!
Mən qorxaðam,mən kövrəyəm ,bilirsən.
Uzaqda qeydinə necə qalýrsan?
Əzizini heç yadýna salýrsan?
Qulluðunda necə durdun,əzizim?
Həyat sýnaq,mən yýðmadým balýný,
Tapanmadým taleyimin dilini
Kim soruþsun bu faðýrýn halýný?
Xatýrlayýb sən sorardýn,əzizim!
Sənsiz belə danýþýram xəyalla,
Barý yuxularda bir salam yolla!
Küləklərə ,ulduzlara əl yellə!
Yoxluqda da bir sən vardýn ,əzizim!
Saniyələr illərə dönmüþ yenə,
Dolan ürək astaca dinmiþ yenə,
Bitmədimi, zaman dayanmýþ yenə
Həmiþə tez qayýdardýn,əzizim!
Dilarə Süleyman
Sosyal Medyada Paylaşın:
Dilara Suleyman Çarıkçı Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.