BU 1 MAYISDIR
BU 1 MAYDIR
Ay aðalar, insaf edin dayanýn,
Ilin hər gününü qul olduq sizə.
Kim eþþəkdir biz də ona palanýq,
Özümüz lüt gəzdik, çul olduq sizə.
Bircə gün var, gəlin ona dəyməyin,
Nümayiþdə zopalayýb döyməyin,
Bu 1 Maydýr, qara günə qoymayýn,
Yolsuz qaldýq ancaq, yol olduq sizə.
Ayaqlayýb üstümüzdən keçdiniz,
Arzumuzu zəmi kimi biçdiniz,
Qanýmýzý qədəhlərdə içdiniz,
Sərvəti artýran, pul olduq sizə.
Iþýqlý dünyada zülmətə düþdük,
Fabrikdə qovrulduq, zavodda biþdik,
Hər gün əlinizdən zəhər də içdik.
Acýlý zəy yedik, bal olduq sizə.
Coculu der:-hər zülümün sonu var,
Səbrimizin inqilaba yönü var,
Məzlumlarýn silah tutan caný var,
Bəsdir, yetərincə lal olduq sizə.
Sosyal Medyada Paylaşın:
Seyraqif Coculu Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.