- 546 Okunma
- 0 Yorum
- 0 Beğeni
...DÜNYADAN ƏVVƏL
***
Kiçik və Orta Asiya toplumları kəndi məcralarına dönürlər.Bu məcra dəli bir nəhrin yatağına bənzəməz,tərəkəmələrin ahur,yaxud ağıl aflandırdıqları (osmanlılar da ahur deyərlər),intuisiyanın kütləyə çevirdiyi xəyali konturlarla hüdudlanmış relyefə bənzər.Onların həyatı savaşlarda keçdi,bu savaşlar isti çöllərin rüzgarlarından bir yovşan,yaxud saksaul kolu kökündən qoparılıb uzaqlara götürülürsə,onları bu böyük materikin həndəvərlənə böyləcə götürüb aparırdı.Bu savaşların başında dayananlar Tanrının "seçilmiş",eynən şans oyunlarında olduğu kimi ,bəndələriydi,arxada gələn və itaət edən minlərlə savaşçının intuisiyasını ağıla çeviəcək bir ideallarıydı.
Bu ideallar zəngin olmaqdan daha çox öz hüdudlarını sınırsız topraqlarla zəngin etməyə mükəlləfiydilər,onların Tanrısı aralarında düzən və ədalətii yaradacaq bir kitab da göndərməmişdi,onların düzəni əyri qılınclarında,ədalətiysə ilk baharın topraq qoxusu hopmuş vicdanlarındaydı...
Onların Tanrısı Dünyaya Allahdan əvvəl gəlmişdi...
Bəlkə də,Dünyadan əvvəl...
...
...
YORUMLAR
Henüz yorum yapılmamış.