VƏTƏN BAYATILARI (MANİLƏR)
Yad əldə,dağım,düzüm,
Gecə olub gündüzüm. Yadın keçir min səhvi, Mənim keçmir bir düzüm. *************************** Bir güldü eldə Şuşa, Şirin söz dildə Şuşa. Ürəyim parça-parça, Qalıb yad əldə Şuşa. ************************ Dağı,düzü keçərik, Suyundan da içərik. Bir gün o gün olar ki, LAÇINA da köçərik. ********************** Vətən əsir qalmasın, Gözüm yaşla dolmasın. Vətənə xidmət edək, Bir gülü də solmasın. ************************ Dağlardan enək gələk, Susmayaq,dinək gələk. Şuşaya,Xocalıya Düşməni yenək gələk. ************************** Yurdum canım,bədənim, Sevməyə tək nədənim. Həyatım,ömrüm bitər, Əldən getsə Vətənim. ************************ Oda qalandı Şuşa, Qana bulandı Şuşa. Daş daş üstdə qalmadı, Yaman talandı Şuşa. ************************** Bir güldür,solmaz Laçın, Əsirdə qalmaz Laçın. Mənim doğma elimdir, Haya yurd olmaz Laçın. **************************** Yurdum oda qalandı, Bu dərd qəlbdə qalandı. Daş daş üstdə qalmadı, Vətən yaman talandı. *************************** Gözüm çeşmə,çağlayır, El halıma ağlayır. Vətən əldən gedəni Nənəm qara bağlayır. ************************ Nəyim vardı çaldılar, Ruhu candan aldılar. Vətənimi qəsb edib, Məni dərdə saldılar. *********************** Əzizinəm baş-başa, Gözüm dolubdu yaşa. Yatammıram,yuxum yox, Yuxuma girir Şuşa. ********************** Vətənim ürəyimdir, Hər arzum,diləyimdir. Son nəfəsdə,son anda, Qarabağ gərəyimdir. ŞUŞA,LAÇIN,XOCALI-işqal altında qalan Azərbaycan şəhərləri. |
Dağı,düzü keçərik,
Suyundan da içərik.
Bir gün o gün olar ki,
LAÇINA da köçərik.
**********************
Vətən əsir qalmasın,
Gözüm yaşla dolmasın.
Vətənə xidmət edək,
Bir gülü də solmasın.
************************
Dağlardan enək gələk,
Susmayaq,dinək gələk.
Şuşaya,Xocalıya
Düşməni yenək gələk.
**************************
Yurdum canım,bədənim,
Sevməyə tək nədənim.
Həyatım,ömrüm bitər,
Əldən getsə Vətənim.
************************
Oda qalandı Şuşa,
Qana bulandı Şuşa.
Daş daş üstdə qalmadı,
Yaman talandı Şuşa.
ALQIŞ BU QALEME.ÜREYİNİZE SAĞLIQ FEDAKAR MÜELLİM.SAYĞILARIMLA.